Aysel ilk dəfə övladlarından danışdı — VİDEO

ŞOU-BİZNES 25 iyul 2025, 15:04
Müğənni Aysel Teymurzadə ilk dəfə övladlarından danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı"nın bununla bağlı suallarını cavablandırıb. Aysel bildirib ki, qızlarının səsi gözəldir:

"Artıq övladlarım böyüyüb, balaca olanda çətin idi. Üç uşağım arada 2 il fərqlə dünyaya gəldilər. Onların 12, 10 və 8 yaşı var. Böyüyüblər, indi özümə çox vaxt ayıra bilərəm. Uşaqlarıma həmişə azadlıq vermişəm. İncəsənətə çox meyillidirlər. Qızlarımın yaxşı səsi var.

Oxumaq istəsələr onları dəstəkləyəcəyəm. Çünki mənim də valideynlərim məni dəstəkləyiblər".

Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Bir müddət əvvəl cütlüyün ayrılıq xəbəri yayılmışdı. Onlar bununla bağlı heç bir açıqlama verməyib. Onların iki qız, bir oğul övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top