Kultivasiya yolu ilə çətənə yetişdirən qadın saxlanıldı

HADİSƏ 26 iyul 2025, 09:15
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, tədbir zamanı S.Qurbanova saxlanılıb.

Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsində çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top