Azərbaycanda tələbələrin 50 faizi təqaüd alır

SOSİAL 25 iyul 2025, 14:02
"Azərbaycanda tələbələrin təxminən 50 faizi təqaüd alır. Bu göstərici peşə təhsilini, orta ixtisas təhsili və ali təhsili əhatə edir".

Demokrat.az  modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

O bildirib ki, sonuncu dəfə 2023-cü ildə bütün təhsil pillələri üzrə tələbələrin təqaüdləri artırılmışdı:

"Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncam tələbələrin sosial rifahının yaxşılaşdırılması, onların təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu qərardan sonra tələbələrimiz daha yaxşı təqaüd almış olacaqlar".

N.Məmmədli qeyd edib ki, təqaüdlər yeni tədris ilində sentyabr ayından tələbələrə veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top