Ekspert: "Avtobus sürücüləri islahatlardan kənarda qalır"

GÜNDƏM 24 iyul 2025, 17:18
"Taksilərlə bağlı islahatlar davam edir. Məsələnin əsas mahiyyəti ondadır ki, taksilər avtobuslara nisbətən daha geniş əhatə dairəsinə malikdir. Çünki taksilər “qapıdan qapıya” prinsipi ilə fəaliyyət göstərir. Avtobuslar isə müəyyən qrafik üzrə, vahid marşrut çərçivəsində işlədiyindən bəzən sərnişinlərin tələbatını tam qarşılamaya bilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. 

"Bununla yanaşı, nəqliyyat vasitələrini idarə edən şəxslərin, xüsusilə avtobus sürücülərinin davranışı da ciddi nəzarətdə olmalıdır. Təbii ki, sükan arxasında sürücünün yüngül qəlyanaltı etməsi insani haldır və bu, müəyyən hallarda başa düşülə bilər. Amma spirtli içki qəbul edib sükan arxasına keçmək qətiyyən yolverilməzdir və heç bir halda bəhanə ilə əsaslandırıla bilməz".

O bildirib ki, spirtli içkinin təsiri altında avtomobil idarə edən şəxslərə qarşı ciddi tədbirlər görülməlidir:

"Belə hallarda sürücü dərhal sükan arxasından uzaqlaşdırılmalı və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə olunmalıdır. Bu cərimələr ilkin mərhələdə 500–800 manat arasında ola bilər. Əgər bu hal təkrarlanarsa, daha sərt inzibati tənbeh tədbirləri tətbiq edilməlidir".

Ekspert əlavə edib ki, spirtli içki təsiri altında avtomobil idarə etmək yalnız sürücünün şəxsi həyatı üçün deyil, sərnişinlər və digər yol istifadəçiləri üçün də ciddi təhlükə yaradır:

“Bu, birbaşa insan taleyi və həyatı ilə oynamaq deməkdir. Qanun qarşısında heç kim istisna deyil.”


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top