Xəbər verdiyimiz kimi, bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib.Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub. Ümumilikdə 7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək əmək müqaviləsinə xitam verilmişdir.
Hansı rayon üzrə cari sertifikasiya imtahan nəticələrinə əsasən heç bir müəllimin əmək müqaviləsinə xitam verilməyib?
Demokrat.az xəbər verir ki, AzEdu.az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, Xızı rayonu üzrə cari sertifikasiya imtahan nəticələrinə görə heç bir müəllim işdən azad edilməyib.