Tələbələrə şad xəbər: Bu imkanlar genişləndirilir

SOSİAL 23 iyul 2025, 15:59
"Beynəlxalq ikili diplom proqramlarının sayının artırılmasının Azərbaycan təhsil sisteminə böyük təsiri olacaq. Universitetlərin təhsilinin keyfiyyəti yaxşılaşacaq, beynəlminəlləşəcək. Gələcəkdə elmi istiqamətdə birgə əməkdaşlıq, təhsil proqramlarının dünya standartlarına uyğunluğu meydana çıxacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.



Ekspert deyib ki, Qərbi Avropa, Amerika, Çin ilə bu sahədə əməkdaşlığı genişləndirmək çox faydalı olar:

"Bu ölkələrdə xüsusilə bakalavr və magistatura pilləsində biliklər nəzəridən daha çox praktiki formada əldə olunur, sənaye əməkdaşlığı daha çoxdur. Çində təhsil təcrübə üzərinə qurulub. 

Amerikada təhsil pilləsi birbaşa sənaye-iqtisadiyyat əməkdaşlığı çərçivəsindədir. Bu ölkələrlə ikili diplom proqramlarının artırılması bizə təkcə təhsildə təcrübə deyil, tədris motivlərinin işlənməsində təcrübə qazandıracaq. 

Müəllim mübadiləsi, müəllimlərin təcrübəsi ilə yeni təhsil dizaynı meydana çıxa bilər. Bu baxımdan ikili diplom proqramlarının faydası böyük olacaq. Bizim universitetlərimiz də dünyada tanınacaq, təhsil brendinin yaranmasına imkanlar açılacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top