"Dalga Beach" reklama pul ödəmirmiş — 5 min cərimə

İQTİSADİYYAT 23 iyul 2025, 14:46
Mərdəkanda yerləşən "Dalga Beach Aquapark Resort" icazəsiz reklam yerləşdirməyə görə cərimələnib. 

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan yolunda yerləşən MMC-yə məxsus "Dalga Beach" İstirahət Mərkəzində yoxlama aparıb. Sözügedən mərkəzdə obyektin və ayrıca dayaqlı reklam daşıyıcısının üzərində "Reklam haqqında" qanunun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilib və bu barədə Akt tərtib olunub. 

Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilsə də, "Dalga Beach" İstirahət Mərkəzinin rəhbərliyi bu tələbə məhəl qoymayıb. Nəticədə Bakının mərkəzindən 35 kilometr məsafədə yerləşən "Dalga Beach" İstirahət Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin hökmü ilə "Dalga Beach Aquapark Resort" rəhbərliyi inzibati xətanı törətməkdə təqsirli bilinib və 5000 manat cərimə edib.

Qeyd edək ki, "Dalga Beach Aquapark Resort" "PMD Group" MMC-nin tabeçiliyi altında fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Ruslan Mikailovdur.



Ruslan Mikailov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top