Azərbaycan bankları ödənişlərdə "Az-QR" standartına keçəcək

MALİYYƏ 23 iyul 2025, 13:00
Bu ilin oktyabr ayının sonuna kimi Azərbaycanda bütün banklar "Az-QR" standartına keçəcək.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün ödəniş nöqtələrində istehlakçılara "QR"la ödənişlər təklif ediləcək: "Bu, mikro və kiçik sahibkarlar üçün böyük üstünlükdür. Həm onların, həm də bankların xərcləri azalacaq. Kiçik sahibkarlar və təsərrüfatlar üçün 500-600 dollar verib pos-terminal almaq onların xərclərini xeyli artırır", - deyə o qeyd edib. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
23 iyul 2025, 18:38
Top