Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 6-da baş verib.
Cəlilabad rayon sakini, 1988-ci il təvəllüdlü Nadir Məmmədov həmin gün saat 10 radələrində yaşadığı evdə arvadı Zeynəb (ad-soyadlar şərtidir – red.) ilə arasında mübahisə yaranıb.
Onların mübahisənə səbəb isə qadının ərinə adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakın ödənişini etməməsi ilə bağlı irad bildirməsi olub.
Həmin səbəbdən aralarında ailə məişət zəminində yaranmış narazılıqla əlaqədar mübahisə baş verib. Həmin mübahisə əsnasında ər arvadının üzərinə hücum edib, onu əl, yumruq zərbələri ilə vuraraq müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.
Hadisəni törədən N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir:
“Barəmdə şikayət edən zərərçəkmiş şəxs arvadımdır. Onunla 2019-cu ildə ailə həyatı qurmuşam və birgə nigahdan övladımız yoxdur. Əvvəllər Zeynəb ilə münasibətlərimiz normal olsa da, sonradan borcum olması ilə əlaqədar münasibətlərimiz korlandı”.
Müttəhim qeyd edib ki, hadisə günü, saat 10 radələrində yaşadığı evdə olan zaman Zeynəbin onun adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakı ödəməməsi ilə bağlı narazılıqla əlaqədar mübahisəsi yaranıb:
“Həmin mübahisə zamanı Zeynəb mənə sözlə iradını bildirdi. Mən də əsəbiləşərək yumruq zərbələri ilə onun başından, alnından, təpiklə sol ayağından vurdum. Sonra isə əlim ilə onun sağ əlindən tutaraq sıxdım, sonra isə buraxdım. Ardınca əl və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Zeynəbin sözlərinə görə, Ağdaş rayonunun kəndində qeydiyyatda olub, hazırda Abşeron rayonunda yaşayır:
“Mən 2000-ci ildə Adil ilə ailə həyatı qurmuşam və həmin nigahdan 3 övladım var. 2010-cu ildə Adildən rəsmi qaydada boşandım. Bundan sonra Nadir ilə 2019-cu ildə ailə həyatı qurmuşam və birgə nigahdan övladım yoxdur. Əvvəllər Nadirlə münasibətlərimiz normal olsa da, sonradan münasibətlərimiz korlandı”.
Zərərçəkmiş bildirib ki, məlum hadisə günü, saat 10 radələrində yaşadığı evdə olan zaman Nadirin onun adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakı ödəməməsi ilə bağlı narazılıqla əlaqədar mübahisəsi yaranıb:
“Həmin mübahisə zamanı Nadir ünvanıma nalayiq ifadələr işlətdiyi üçün mən də ona iradımı bildirdim. O da əsəbiləşərək üzərimə gəldi, yumruqla başımdan, alnımdan, təpik zərbəsi ilə sol ayağımdan vurdu. Sonra isə əli ilə sağəlimdən tutaraq sıxdı. Ardınca əl və yumruq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarət yetirdi. Bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdim.
Daha sonra isə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim və ərim barəsində qanuni tədbir görülməsini xahiş etdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Əri tərəfindən şiddət görən qadın da onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Bu halları məhkəmə hökm qəbul edən zaman nəzərə alıb.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edib. Onun barəsində olan işinin icraatına xitam verilib.
Fariz Məlikli
Demokrat.az