AQTA sədri: BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb

SOSİAL 04 dek 2019, 13:53

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir.

 

Demokrat.az-ın məlkumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov deyib.

 

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələblərinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir:

 

“Məsələ hüquq-mühafizə orqanlarına aidir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi qələmə vermişdi”.

 

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top