Bakı metrosuna yeni mətbuat katibi təyin edildi — FOTO

GÜNDƏM 21 iyul 2025, 15:23
"Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.

Demokrat.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.


 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top