Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Xanbulan-Biləsəsər kənd yolunda, Daşdatük kəndi ərazisində baş verib.
Belə ki, Astara rayonu, Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Nəticədə avtomobilin sürücüsü və sərnişinlər Astara rayonu, Siyəkü kənd sakinləri - 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.