Naxçıvanda azyaşlı beşinci mərtəbədən yıxıldı

HADİSƏ 20 iyul 2025, 23:48
Naxçıvanda beş yaşlı uşaq binanın beşinci mərtəbəsindən yıxılıb.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, ehtiyatsızlıq nəticəsində Naxçıvan şəhər sakini, 2020-ci il təvəllüdlü Çinar Əmrəddin oğlu Heydərov yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Ç.Heydərov ağır dərəcəli kəllə-beyin travması alıb.

O, bu gün axşam saatlarında Bakıda yerləşən klinikalardan birinə aparılıb, vəziyyəti ağır olaraq qalır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top