Zelenski Rusiyanın iki və Ukraynanın üç vətəndaşına qarşı sanksiya tətbiq edib

DÜNYA 20 iyul 2025, 19:57
Ukrayna Prezidenti Volodimir Zelenski iki rusiyalı və üç ukraynalıya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, müvafiq sənəd onun saytında dərc olunub.

Sanksiya siyahısına rusiyalılar Yuliya Latınina və Tatyana Aksenenko, habelə Ukrayna vətəndaşları - Radanın keçmiş deputatı Natalya Korolevskaya, keçmiş deputat Gennadi Balaşov və bloger Andrey Serebryanski daxildir.

Ukrayna mediası sanksiyaların Kiyev əleyhinə təbliğat apardığına görə tətbiq edildiyini yazır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyul 2025, 20:45
Top