Dünyanın ən bahalı toyları — FOTOLAR

GÜNDƏM 20 iyul 2025, 19:39

Dünya bir neçə dəfə bahalı toylara şahidlik edib. Onlardan iki ən böyüyü isə son illərdə baştutub. Bəzi toylar sadəcə manşetlərə çıxmır, dəbdəbənin mənasını yenidən yazır.

Axşam.az xəbər verir ki, ultra-zənginlər üçün toy sadəcə bir bayram deyil, qlobal bir hadisədir. Bu dəfə dünyanın ən bahalı toylarını təqdim ediri:

Hindli milyarder Mukeş Ambaninin oğlu Anant Ambaninin 2024-cü ildəki toyu təxminən 600 milyon dollar xərclə dünyanın ən bahalı toyu ola bilər. Anant Radika Merçant adlı xanımla ailə qurub. Şəxsi konsertlərdən tutmuş beynəlxalq qonaq siyahılarına və xüsusi tikilmiş məkanlara qədər hər detal düşünülmüşdü. Burada gəlinə verilən hədiyyələr, toya dəvət olunan qonaqlar aylarla dünya mediasının gündəmində olub. Milyarderin qızı İşa Ambaninin Ananad Piramalla 2018-ci ildə olan toyuna 100 milyon dollar xərclənib.

2025-ci ildə isə milyarder Ceff Bezos və jurnalist Lauren Sançezin toyu dillər əzbəri olub. Bir neçə gün əvvəl baş tutan toy 56 milyon dollardan çox pul aparıb. Bunun üçün cütlük İtaliyaya yollanıb. Onlar Venesiyanın ən məşhur yerlərini bir neçə gün bağlayıblar. Dünyanın ən məşhur simaları toy üçün bura gəliblər.  

Şahzadə Diananın 1981-ci ildəki əfsanəvi kral toyu təxminən 140 milyon dollara başa gəlib. Bu toy aylarla mediada işıqlandırılıb. 

Şahzadə Uilyamla Keyt Middltonun toyu da dövrün bahalı məclisi hesab edilir. Belə ki, toya 34 milyon dollar xərc çəkilib.

Şahzadə Harri və Meqan Marklın toyu isə 45 milyon dollara başa gəlib.

Ərəb şeyxi Mohammad Bin Raşid Al Maktoumun şahzadə Hindlə 1979-cu ildə olan toyu 100 milyon dollara başa gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyul 2025, 20:45
Top