“Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib” — Aina Zadabek

MEDİA 20 iyul 2025, 12:20
“Jurnalistikanı blogerikdən ayırmağın vaxtı gəlib. Klassik jurnalistikaya qayıtmalıyıq”.

Demokrat.az xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” adlı panelində “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek deyib.

Onun sözlərinə görə, məlumatın həcmi böyükdür və biz onu fərqləndirməliyik:

“Sosial şəbəkədə səhifəyə sahib olan hər bir şəxs jurnalistika fəaliyyəti ilə bərabər tutulur. Bu, əlbəttə ki, səhv fikirdir. Düşünürəm ki, bütün dünyada bununla bağlı qanunvericilik səviyyəsində qərar qəbul edilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top