“Suriyada baş verən hadisələr region ölkələrini, xüsusən Türkiyəni ciddi şəkildə narahat edir. Çünki yeni Suriya hakimiyyəti Türkiyə tərəfindən dəstəklənir və Türkiyə Suriyada sabit bir rejimin yaranmasında maraqlıdır. İsrail isə bu məsələlərə tamamilə fərqli yanaşır. İsrail Suriyada mərkəzləşmiş güclü hökumətin olmasında maraqlı deyil. Ona görə də Əsəd rejimi devriləndən sonra İsrail Suriyaya zərbələr endirir və infrastrukturu dağıdır, Suriyada yeni hakimiyyətin möhkəmlənməsinə imkan vermir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Suriyada baş verənlər Türkiyəni narahat etməklə bərabər, ondan bir mövqe sərgiləməyi tələb edir:

“Artıq dünən Türkiyə Prezidenti bu məsələ ilə bağlı özünün konkret mövqeyini sərgilədi. Suriya ərazisində hansısa bir koridorun yaradılmasına imkan verilməyəcəyini bəyan etdi. Düşünürəm ki, Türkiyə Müdafiə Nazirliyinin dünənki açıqlaması bu məsələlərə aydınlıq gətirir – bəyanatda qeyd olunur ki, dəstək istəniləcəyi halda, dəyərləndirilə bilər. Bu o deməkdir ki, lazım gəlsə, Türkiyə Suriya ərazisində lokal əməliyyatlar keçirə bilər. Amma bu, son variantlardan biridir. Çünki İsrail ilə Türkiyənin qarşı-qarşıya gəlməsi regionda ciddi şəkildə sabitliyin pozulmasına səbəb olacaq. Bu, hər iki ölkənin ABŞ-nin maraqlarına uyğun deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az