Son illərdə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. Bu isə bazarda yeni seqmentin formalaşdığını göstərir.
Məsələ üzrə bağlı nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Çin maşınları əsasən keçən ilin yayından sonra artmağa başlayıb:
“Amerikadan gələn 20 və 30-luq kruzalı “Toyota Prius”lara qadağa qoydular. Elə həmin vaxtdan etibarən bazarın 90 %-i hibrid və plagin maşınlar oldu. Keçən ilə, yəni 2024-cü ilə qədər, demək olar ki, şəxsi şəxslər sıfır kilometr maşınlar gətirirdi. Amma keçən ildən sonra, taksilərə müəyyən qadağalar qoyuldu – 2014-cü ildən yuxarı, yalnız komfort kateqoriyalı maşınlar işləyə bilər. Bu da gətirilən maşınların strukturunu dəyişdi. İndi əsasən “Çangan” və “BYD” markalarının ən ucuz modelləri gətirilir və bu modellər taksiyə verilir. Onların isə bazar qiyməti nisbətən aşağıdır və ona görə də şəxsi istifadə üçün alırlar, çünki taksi fəaliyyəti üçün sərfəli deyil. Son bir ildə ölkəmizdə maşın bazarında ən çox satışı Çin edir”.
Ekspert diqqətə çatdırıb ki, amma bu maşınların ikinci əl versiyalarını alarkən iki əsas məsələyə fikir vermək lazımdır:
“Birincisi yürüş, ikincisi isə batareya vəziyyətidir. Bəzi modellərdə 24 ədəd ayrıca batareya olur və hər biri təxminən 100 dollara başa gəlir. Digər modellərdə isə bütöv batareya sistemi olur və onlar daha bahalı yəni, qiyməti 2.000–2.500 manat civarındadır. Bunların da 90 %-i keçən yaydan bəri gələn maşınlardır. Ən çox yoxlanılan hissələr isə elektronika hissələridir. Yəni, bataryanı dolduran generator elə bataryanın özüdür. Ən problemli hissələr məhz bataryalardır. Elektrik sistemində və bataryada nasazlıq olduqda, bu maşınların dəyəri və funksionallığı ciddi şəkildə azalır”.
Leyla Turan
Demokrat.az