Gündəm

Bu il dərmanlarla bağlı neçə şikayət olub? — RƏSMİ

Bu il dərmanlarla bağlı neçə şikayət olub? — RƏSMİ

“Cari ilin 6 ayı ərzində Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinə əlavə təsirlər haqqında 172 bildiriş daxil olub”

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Məlumata görə, bu bildirişlər şikayət hesab olunmur və qanunvericiliyə uyğun olaraq məlumatlandırma xarakteri daşıyır:

“Təqdim edilən bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürülür.

Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli şəkildə izlənməsi, bu məqsədlə məlumatın toplanması, Ümumdünya Səhiyyə Təşkilatının qlobal informasiya bazasına göndərilməsi və qiymətləndirilməsi istiqamətində fəaliyyət aparır.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova