“Alkomed” klinikasının psixiatrı və narkoloqu Andrey Tyurin spirtli içkilərin üz və bədənin digər hissələrinin şiddətli şişməsinə səbəb ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, narkoloq bu haqda lenta.ru-ya açıqlamasında məlumat verib.
Mütəxəssis izah edib ki, spirtli içkilər sidikqovucu təsir göstərərək orqanizmdə su-duz balansını pozur. Bu da şişkinliyin yaranmasına şərait yaradır. Əgər spirtli içkilərlə birlikdə duzlu qidalar da qəbul edilərsə, vəziyyət daha da ağırlaşır.
Tyurin ən şiddətli şişkinliyə səbəb olan içki kimi pivəni qeyd edib.
Onun sözlərinə görə, piyvə içdikdən sonra şişkinlik etanolun böyrəklərə və qan damarlarına təsiri nəticəsində yaranır. Bu təsir orqanizmdə mayenin yığılmasına səbəb olur. Pivənin tərkibindəki müxtəlif çirklər isə qaraciyər və böyrək funksiyalarını pozaraq şişkinliyi daha da gücləndirə bilər.
Narkoloq əlavə edib ki, şampan və ağ şərab da güclü şişkinlik yarada bilər. Bu içkilərin tərkibində sulfitlər və yüksək miqdarda şəkər olduğu üçün asanlıqla çox miqdarda qəbul olunur. Nəticədə, həddindən artıq istehlak növbəti gün səhər ciddi şişkinliklə nəticələnə bilər.