O, Azərbaycanda kiçikdən böyüyə hər kəsin qəhrəmanıdır. General-mayor, Milli Qəhrəman Polad Həşimov… Qarabağ müharibəsi dövründə döyüş şəraitində şəhid olan ilk general... Öz əməlləri və xarakterilə əsgərlərin könlündə taxt quran komandir... Polad Həşimovun əsgəri olmuş hər kəsin onunla bağlı heç vaxt unudulmayacaq ən azı bir xatirəsi var.
O, Vətəninə, millətinə, torpağına, bayrağına bağlı əsl hərbçi, qeyri-adi insan idi…
Polad Həşimovun əsgərləri deyirlər ki, “komandir hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, az qala əliyalın düşmən üzərinə qaçmaq istəyirdik”.
2016-cı ilin “Aprel döyüşləri”ndə göstərdiyi şücaətə görə dövlətin ona bağışladığı evi özü kirayədə qala-qala, şəhid ailəsinə bağışlayan general... O, sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi...
Polad Həşimov ad-soyadını eşidən hər kəsin simasında yalnız sayğı-ehtiram, minnətdarlıq ifadəsi yaranır.
Bu gün Polad Həşimovun şəhid olmasının beşinci ili tamam olur.
Modern.az-ın məlumatına görə, Polad Həşimov 1975-ci il yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb.
P.Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və sonra ordu sıralarında xidmətə başlayıb.
2003-cü ildə mayor rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant rütbəsi ilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Polad Həşimov Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalıdır.
Onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə də şəhid olublar.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimovla İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və silahdaşlarının şəhid olmağı xalqımızın Qarabağ ətrafında birləşməsinə səbəb oldu. Generalımız şəhid olduğu gün bütün Azərbaycan ayağa qalxdı. Bakıda keçirilən izdihamlı mitinqə qatılan hər kəs müharibə çağırışları səsləndirərək 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azadlığı üçün döyüşə hazır olduğunu bəyan etdi.
Çox keçmədən - sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatdı.