
Türkiyənin İzmir və Ədirnə şəhərlərində meşə yanğınları davam edir.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, meşə yanğınlarına hərtərəfli müdaxilə olunur.
İzmirdə hazırda 4 təyyarə, 13 helikopter, 34 su maşını, 9 tanker, 3 buldozer və İzmir Yanğından Mühafizə Xidmətindən qrupları fəaliyyət göstərir.
Ədirnədə isə Mahmutköy yaxınlığındakı meşəlik ərazidə naməlum səbəblərdən başlayan yanğın külək səbəbindən daha da güclənib.
Yanğının nəzarət altına alınması üçün ətraf əyalətlərdən də briqadalar əraziyə cəlb edilib.






