Ukraynadakı döyüşlərdə daha bir həmyerlimiz həlak oldu

DÜNYA 14 iyul 2025, 00:03
Ukraynada gedən döyüşlərdə daha bir Azərbaycan əsilli hərbi qulluqçu həlak olub.

Demokrat.az “Musavat.com”a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Mehdiyeva Əminə Əli qızı iyulun 9-da döyüş tapşırığını yerinə yetirərkən Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi yaxınlığında ölüb.

Əminə A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunda tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edib.

O, Ukrayna ordusunda yalnız tibb personalı kimi deyil, eyni zamanda döyüşçü kimi ön cəbhədə əsgərlərlə birgə mübarizə aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 22:00
Top