Rusiyada azərbaycanəsilli polis rəisi həbs edildi

DÜNYA 13 iyul 2025, 17:02
Rusiyanın Nijni Novqorod aeroportunun Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək saxlanılıb.

Demokrat.az bu barədə "Nijniy No1" nəşrinə istinadla xəbər verir.

İddia edilir ki, polis polkovnik-leytenantı Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.

Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 22:00
Top