Mask Trampı "Epşteyn işi"nə dair sənədləri dərc etməyə çağırdı

DÜNYA 13 iyul 2025, 17:26
Milyarder İlon Mask növbəti dəfə ABŞ Prezidenti Donald Trampı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialları dərc etməyə çağırıb.

Demokrat.az xəbər verir ki, o bu çağırışı "X" sosial şəbəkə hesabında edib.

O, dəfələrlə "Epşteyn" adını çəkən, eyni zamanda bu mövzu ilə bağlı müzakirələrə son qoymağa çağıran dövlət başçısının ziddiyyətli mövqeyinə işarə edib.

"Sadəcə, söz verdiyiniz kimi materialları dərc edin", - deyə Mask yazıb.

Bundan əvvəl sahibkar iş materiallarında Tramp haqqında məlumatların olmasına eyham vurmuş və bu sənədlər dərc olunmadan prezidentin vicdanlı sayıla biləcəyinə şübhə ilə yanaşmışdı.

Xatırladaq ki, amerikalı maliyyəçi və biznesmen Cefri Epşteyn cinsi xarakterli cinayətlərə görə dünya miqyasında səs-küyə səbəb olub. 2005-ci ildə ona qarşı yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və insan alveri ilə bağlı ittihamlar irəli sürülüb. 2008-ci ildə o, istintaqla sövdələşməyə gedib və yüngül cəza alıb - cəmi 13 ay həbsxanada qalıb və bu müddətin çox hissəsində xüsusi şərtlərlə azadlıqda olub. 2019-cu ildə Epşteyn yenidən həbs olunub və bu dəfə federal səviyyədə insan alveri ilə bağlı daha ciddi ittihamlarla üzləşib. Onun işində çox sayda məşhur siyasətçi, iş adamı və digər nüfuzlu şəxslə əlaqələri üzə çıxıb. 2019-cu il avqustun 10-da, məhkəmə prosesi gözlənilərkən, Epşteyn Nyu-Yorkdakı həbsxanada ölü tapılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 22:00
Top