Zelenski bu həftə Ukraynaya olunan PUA hücumlarının sayını açıqladı

DÜNYA 13 iyul 2025, 20:12
“Rusiya son 7 gündə 1800-dən çox pilotsuz uçuş aparatı, 1200-dən çox idarə olunan bomba və 83 müxtəlif tipli raketlə Ukraynanın müxtəlif bölgələrinə hücum edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında paylaşıb.

“Onlar xalqımızı daha da qorxutmaq üçün şəhər və yaşayış məntəqələrini hədəf alan terroru gücləndirir. Lakin qüvvələrimizin müdafiə planları müsbət nəticələnir. Ümid edirik ki, müdafiəmizi gücləndirəcək bütün razılaşmalar həyata keçiriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 22:00
Top