“Əbu-Dabidə keçirilən son Azərbaycan-Ermənistan görüşü regional siyasət baxımından xüsusi əhəmiyyət daşıyan bir hadisə kimi tarixə düşə bilər. Görüş zamanı diqqət çəkən məqamlar yalnız sülh müqaviləsinin mətninin razılaşdırılması ilə məhdudlaşmır. Daha önəmli məsələ ondan ibarətdir ki, razılaşdırılmış mətnin özündə bütün istiqamətlər üzrə danışıqların aparılması və xüsusilə Zəngəzur dəhlizinin açılması və genişləndirilməsi məsələsinin müzakirə olunması faktı yer alır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, bu ifadələr təkcə texniki detallara işarə etmir, həm də ilk dəfə olaraq Zəngəzur dəhlizinin açılması üzrə razılaşdırılmış ilkin mövqenin formalaşdığını göstərir:
“Azərbaycan və Ermənistan arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş son görüş təxminən 5 saat davam etdi. Görüşdən dərhal sonra yayılan diplomatik açıqlamalardan aydın oldu ki, tərəflər bir sıra mühüm məsələlər üzrə nəticəyə gəlib və bəzi sənədlər hətta paraflanıb. Diplomatiyada “paraflama” sənədin yekun mətninin razılaşdırıldığını göstərən texniki prosedurdur. Bu zaman sənəd hələ rəsmi şəkildə imzalanmasa da, onu imzalayacaq şəxslərin adı və soyadı müvafiq səhifələrdə qeyd olunur və razılaşdırıldığı təsdiqlənir. Paraflanmış sənəd, əslində, məzmun baxımından imzalanmağa tam hazır olan sənəd deməkdir. Bu, sənədin prinsipial şəkildə qəbul edildiyini və yalnız texniki, rəsmi mərhələnin qaldığını göstərir. Əgər rəsmi imzalanma mərasimi baş tutmasa da, sənədin paraflanması artıq iki dövlətin razılığa yaxın olduğunu və konkret mövzularda razılaşdırılmış mətnin formalaşdığını göstərir. Bu da onu deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanması real və yaxın perspektivdə mümkün görünür. Bu görüş, regionda uzunmüddətli sabitliyə aparan yolun əhəmiyyətli mərhələsi kimi tarixə düşə bilər”.
Leyla Turan
Demokrat.az