İran parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib

DÜNYA 22 iyun 2025, 17:36
İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib.

Demokrat.az Press TV-yə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsəri bildirib.

Bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.

Qeyd edək ki, hazırda qlobal neft və qaz tədarükününü 20 faizindən çoxu bu boğaz üzərindən daşınır. Hörmüzdən hər gün 17-20 milyon barel neft yüklü tankerlər keçir. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur. Köfrəzdən daşınan neftin böyük hissəsi Səudiyyə Ərəbistanına məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top