Pezeşkian ABŞ-ın zərbələrindən sonra ilk dəfə bəyanat verib

DÜNYA 22 iyun 2025, 16:43
İran prezidenti Məsud Pezeşkian ABŞ-ın nüvə obyektlərinə zərbələr endirməsindən sonra ilk bəyanat verib.

Demokrat.az bildirir ki, bu barədə İRNA məlumat yayıb.

Pezeşkian Vaşinqtonun hərəkətlərini kəskin şəkildə pisləyib. Dövlət başçısı bildirib ki, ABŞ-ın hücumu İsrailin İrana qarşı hərbi kampaniyasının arxasında məhz Amerikanın dayandığını nümayiş etdirib: “Bu təcavüz göstərdi ki, İsrailin İrana qarşı düşmənçilik hərəkətlərinin arxasında duran əsas amil Amerikadır”, – deyə Pezeşkian qeyd edib.

Onun sözlərinə görə, ABŞ zərbəni İsrailin açıq-aşkar bacarıqsızlığına əmin olduqdan sonra başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top