İran Hörmüz boğazını bağlamaq istəyir

GÜNDƏM 22 iyun 2025, 18:49

İran parlamenti ABŞ-nin ölkədəki nüvə obyektlərinə zərbələr endirməsi fonunda Hörmüz boğazının bağlanmasını zəruri hesab edib.

Oxu.Az xəbər verir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari məlumat verib. Onun sözlərini "Press TV" kanalı yayıb.

"Parlament bu qənaətə gəlib ki, Hörmüz boğazı bağlanmalıdır, lakin bu məsələ ilə bağlı yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verir", - deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top