Vurulan xəstəxananın altında hərbi baza olub? — VİDEO

DÜNYA 19 iyun 2025, 14:37

İsrailin Beer-Şeva şəhərində “Soroka” xəstəxanasının İrana məxsus raketlə vurulması barədə məlumat vermişdik. 

Demokrat.az xəbər verir ki, İran mətbuatı sözügedən xəstəxananın altında hərbi bazanın olması ilə bağlı məlumat yayıb.

Kompüterdə hazırlanmış görüntüdə tibb müəssisəsinin altında döyüş tanklarının yerləşdirildiyi iddia olunur.

Qeyd edək ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb. Həmin raketlərin İsrailin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğu, lakin hadisə nəticəsində 65 nəfərin xəsarət aldığı bildirilib. (Qafqazinfo)

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top