Türkiyədən İsrail qırıcılarının hava məkanını pozması ilə bağlı — İLK AÇIQLAMA

DÜNYA 19 iyun 2025, 16:35
Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus mənbələr İsrailin Türkiyənin hava məkanını pozduğuna dair xəbərlərə aydınlıq gətirib.

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin mənbələri xəbəri təkzib edib.

Bildirilib ki, hücumun başladığı andan etibarən Türkiyə lazımi tədbirlər görüb:

"Hücumun ilk günü İsrail təyyarələrinin hava məkanımızı pozması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hücumun ilk anından tərəflərin hava hərəkətləri izlənilib və İsrail təyyarələrinin hava məkanımızı pozması ehtimalı üzərinə həyəcan siqnalı verən təyyarələrimiz havaya qalxaraq, öz sərhədlərimiz daxilində həyəcan reaksiyası və hava patrul missiyaları həyata keçirməyə başlayıb".

Qeyd edək ki, bir neçə gün öncə İsrail qırıcılarının İrana hücum başladığı gecə Türkiyənin hava məkanını pozduğuna dair xəbərlər yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top