“Bölgəmizdə hegemonluq olacaq”.
Demokrat.az xəbər verir ki, bunu ABŞ-nin Stanford Universitetinin milliyyətcə erməni olan siyasi elmlər üzrə fəlsəfə doktoru Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə İsrail və Türkiyə hakim olacaq.
“Bu ölkələr çox yaxşı əməkdaşlıq edirlər. Biz hər zaman gözəl sözlər eşidirik, lakin Ərdoğan üçün İsrailin İrana hücumu faydalıdır, bu ona və Azərbaycana Ermənistana daxil olmaq üçün yol açacaq. Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər. Paşinyana səs verən, Paşinyanın ayağında quzu kəsən 680 min insanı təbrik edirəm”, - deyə Xaçikyan qeyd edib.
Fransanın Paris-Panteon-Assas Universitetinin beynəlxalq hüquq elmləri doktoru, hüquqşünas, Beynəlxalq İnsan Haqları Federasiyasının keçmiş baş katibi, Fransa ermənisi Raffi-Filip Kalfayan isə bildirib ki, Ermənistan hökuməti sülh müqaviləsi sənədinə sahib olmaq üçün hər şeyə güzəştə getməyə hazırdır.
“Halbuki o sənəd sülhün təminatı deyil. Bu cür müqavilələrin uğur qazanması üçün standartlar çox yüksək olmalıdır. Bizim vəziyyətimizdə bunlar yoxdur. Bundan başqa, münaqişənin kökləri həll olunmayıb”, - deyə o əlavə edib. (Ordu.az)