“Çalışmalıyıq ki, universitetlərimiz daha da irəli getsinlər, daha da yaxşı olsunlar”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, yeni reytinqlərdə əvvəlki illərlə müqayisədə bəzi universitetlərimiz, o cümlədən UNEC daha da irəliləyib:
“Amma bəzi universitetlərimiz hələki özünün tənəzzül dövrünü yaşayır.
Təəssüf ki, ciddi bir irəliləyiş və ciddi bir nəticə yoxdur. İki universitetimizin göstəricisi isə hesab edirəm ki, əvvəlki dövrlə müqayisədə yaxşıdır, təqdirəlayiqdir. Universitetlərimiz daha çox üzərində işləməlidir, göstəricilərini yaxşılaşdırmalıdırlar. Çünki bu, olduqca önəmli məsələdir”.
Qeyd edək ki, “Times Higher Education Impact Ranking 2025” siyahısı açıqlanıb. Siyahıda Azərbaycanın 25 universiteti yer alıb. BDU və UNEC 400-600-cü sıralarda yer alsa da, digər universitetlər əsasən 1000-1500 və daha aşağı sıralarda yer alıblar.
Cavidan Mirzəzadə
Demokrat.az