Fəzail Ağamalı partiya sədrliyindən gedir — AÇIQLAMA

GÜNDƏM 17 iyun 2025, 13:06
Fəzail Ağamalının sədr olduğu "Ana Vətən Partiya"sında ilin sonuna qədər qurultay keçiriləcək.

Bunu Demokrat.az-a açıqlamasında Fəzail Ağamalı özü deyib. O bildirib ki, partiyanın sədrliyindən getməsi gözlənilir:

"Ana Vətən Partiyası" da bu ilin sonuna qədər qurultay keçirmək niyyətindədir. Hər halda, mənim partiyanın sədrliyindən getməyim gözlənilir. Bu baş verərsə, partiyanın yeni sədrinin seçilməsi qurultayın səlahiyyətində olacaq. Qurultay sədrlik vəzifəsini daşıya biləcək namizədlər içərisində kimə üstünlük versə, o da sədr olacaq".

Cavidan Mirzəzadə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top