"Ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ildən bəyan etdiyi islahatlar paketi bu gün də uğurla davam etdirilir. Prezident sosial müavinətlərin, prezident təqaüdünün, fəxri adlara görə təqaüdlərin artırılması haqqında fərman imzalayıb. Bu fərman 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
Deputat bildirib ki, fərmanla 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat, övladlığa götürülən uşağa aylıq 240 manat, himayədar ailəyə verilən əlilliyi müəyyən edilmiş uşağa 0-6 yaş arası 500 manat, 7-13 yaş arası 600 manat, 14-18 yaş arası 600 manat məbləğ təyin edilib:

"Uşağın anadan olunması və ölüm halına görə müavinətlər artırılaraq 600 manata çatdırılıb. Bütün bu müsbət məqamlar ölkə başçısının əhaliyə, xüsusilə əlilliyi olan şəxslərə, müharibə iştirakçılarına, şəhid ailələrinə, 20 Yanvar şəhidlərinin ailələrinə , orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi olan şəxslərə ayırdığı qayğıdır. Müavinətlərin məbləğləri və miqyasına baxsaq, bu, Azərbaycanın sosial dövlət olduğuna işarədir. Zaman-zaman prezidentin müavinətlərlə bağlı fərman və sərəncam verməsi hər zaman ölkə başçısının xüsusi diqqəti kimi qiymətləndirilməlidir".
Əfsanə Kamal
Demokrat.az