Daha 3 azərbaycanlı ekstradisiya edildi

KRİMİNAL 13 iyun 2025, 16:14
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiya edilib.

Deemokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları İbadov Amal Səxavət oğlu, Məhərrəmli Rizvan Kamil oğlu və İsmayılov Samir Yusif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 10:30
14 iyun 2025, 10:18
Top