İsrail İranı buna görə vurubmuş — SƏBƏB

DÜNYA 13 iyun 2025, 09:51
Xəbər verdiyimiz kimi, İsrailin bu gecə İrana hücum etməsi nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri, SEPAH generaları Hüseyn Səlami və Qulaməli Rəşid, eləcə də İranın ali dini lideri Əli Xamenei baş müşaviri Əli Şamxani öldürülüb. 

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin bu hücumunun ilkin səbəbi açıqlanıb. 

İsrail ordusunun sözçüsü Efi Defrin bildirib ki, İslam Respublikası təcili şəkildə atom bombası hazırlamaq üçün sınaqlar keçirib: "Biz ilk dəfə olaraq İslam Respublikasının bu yaxınlarda qısa və tez bir zamanda nüvə silahı yaratmağa imkan verə biləcək sınaqlar keçirdiyini aşkar etdik". (Unikal.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top