"50 faizə qədər su itkiyə gedir" — AÇIQLAMA

GÜNDƏM 12 iyun 2025, 14:28
"Azərbaycanda suyun qiyməti 1 kubmetr üçün 70 qəpik, tullantı suları üçün isə 30 qəpik nəzərdə tutulub. Qonşumuz olan Rusiyada suyun 1 kubmetri  təxminən 70-75 qəpik, Avropa ölkələrində 0.4 avrodan başlayaraq, 1-2 manata qədər davam edir. Bu onun göstərir ki, Azərbaycanda suyun qiyməti dünya qiymətlərindən o qədər də ucuz deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

"İçməli suyun əhaliyə verilməsi üçün Ümumdünya Səhiyyə  Təşkilatının (ÜST) normaları var. Suyun tərkibində olan fiziki və kimyəvi parametrlər müəyyən standartlara cavab verməlidir. Əhalinin əksəriyyəti evlərinə filtr quraşdırıb. Bu da əhalinin əlavə xərc çəkməyinə səbəb olur. Suyun verilməsi ilə bərabər keyfiyyəti də əsas məsələ olmalıdır. Təəssüf ki, əhaliyə çatan su həmin keyfiyyətlərə cavab vermir".

O bildirib ki, "Azərsu" ASC-nin öz rəsmilərinin məlumatına görə, vətəndaşlara paylanan suyun 50%-ə qədəri itkiyə gedir:

"Bu itkilər nasos stansiyalarında, boru xətlərində, saxlanma çənlərində baş verir. Bu o deməkdir ki, "Azərsu" əhaliyə suyun çatdırılması üçün yenilənmə və təkmilləşdirmə işlərini yerinə yetirməyib. Həmin itkilər dövlətə əlavə xərc deməkdir. Yaxşı olardı ki, Azərsu bu istiqamətdə investisiya imkanlarını genişləndirsin, suyun keyfiyyəti və ötürülməsi ilə bağlı işlər görsün".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top