
Ötən gün paytaxtın Ziya Bünyadov prospektində “Xutor” adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib.
Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili tuneldə qəza törədərək aşıb.
Hadisə zamanı ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.