Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? — AÇIQLAMA

MALİYYƏ 11 iyun 2025, 12:25
Qazaxıstanda artıq vətəndaşlar alış-veriş zamanı və ticarət məkanlarında, restoranlarda kriptovalyuta ilə ödəniş edə biləcəklər. "Kriptokart" adlanan layihəyə artıq bir neçə bank qoşulub. Bəs ölkəmizdə sözügedən sahənin inkişafı üçün yeniliklər tətbiq edilə bilər?

Bu barədə Demokrat.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycan Mərkəzi Bankı da cari ildə pilot qaydada kripto layihələrə start verib: 



"Artıq müvafiq işçi heyəti formalaşdırılıb və eyni vaxtda dörd layihənin icrasına start verilib. Rəqəmsal manatla əlaqədar müzakirələr aparılsa da, hələlik normativ-hüquqi çərçivənin qurulması, kriptovalyutaların bank və ödəniş sistemlərinə effektiv şəkildə inteqrasiyası istiqamətində praktik addımlar müşahidə olunmur".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top