İlham Əliyev Portuqaliya prezidentini təbrik etdi

XARİCİ SİYASƏT 10 iyun 2025, 11:15
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselu Rebelu de Souzanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Demokrat.az məktubun mətnini təqdim edir:

"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 22:13
Top