“Mən düşünürəm ki, bu fikirlər Vladimir Medinskinin özünün şəxsi yanaşmasıdır, hərçənd çox səhv yanaşmadır. Siyasi tərəfləri bir yana, hüquqi cəhətdən səhv yanaşmadır. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, Medinskinin bu fikri kökündən səhvdir və bu fikirləri onun yanaşmasındakı qüsur kimi dəyərləndirə bilərik:
“Daha sonra biz Rusiya XİN sözcüsü Mariya Zaxarovanın fikirlərini dinlədik. O, Rusiya-Azərbaycan münasibətlərinə ayrı-ayrı aspektlərdən nəzər salaraq, Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir şübhələrin olmadığını diqqətə çatdırdı.
Medinskinin fikirləri istənilən halda rəsmi mövqe deyildi. Uğursuz müqayisə idi, düşünürəm ki, bir qədər ehtiyatlı olmalıdır bu cür ifadələrdə. Azərbaycan və Rusiya arasında çox ciddi strateji əhəmiyyət daşıyan sənədlər imzalanıb. Ona görə də Rusiya rəsmiləri beynəlxalq hüquqa söykənən bu prinsipial məqamları yaddan çıxarmamalıdır”.
Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi, bu ölkənin Ukrayna ilə danışıqlarına rəhbərlik edən Vladimir Medinski bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında “Qarabağ kimi mübahisəli əraziyə” çevriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Medinskinin açıqlamasına cavab olaraq bildirib ki, Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.
Cavidan Mirzəzadə
Demokrat.az