İlham Əliyev Polşanın yeni prezidenti təbrik etdi

XARİCİ SİYASƏT 10 iyun 2025, 16:05
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik məktubu göndərib.

Demokrat.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyun 2025, 09:41
Top