"Müstəmləkəçiliklə mübarizə çox geniş və aktual mövzudur. Artıq Bakı 21-ci əsrdə də mövcud olan kolonializmə qarşı beynəlxalq mübarizə platformasına çevrilmişdir. Bu sahədə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Azərbaycan, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bu mövzuları daim gündəmə gətirir. Məqsəd beynəlxalq hüququn bərqərar olması, xüsusilə BMT-nin qəbul etdiyi konvensiyaların icrasının təminidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, Fransa, Belçika, Niderland və digər ölkələr hələ də müstəmləkə siyasətini davam etdirir:
"Xüsusilə Fransa bu siyasətdə lider mövqedədir. Hazırda 20-dən çox dənizaşırı ərazi Fransanın müstəmləkəçiliyinə məruz qalır. Bu ərazilərdə Fransa sərt idarə üsulları tətbiq edir. Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirlərdə bu siyasət ifşa olunur. COP29, Bakı Qlobal Platforması kimi tədbirlərdə Fransa hökumətinin müstəmləkə siyasəti nəticəsində təhsil, səhiyyə və genofonda baş verən dağıntılar gündəmə gətirilir".
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, intkişaf etmiş dövlətlər və mütərəqqi qüvvələr bu siyasəti açıq tənqid etməkdən çəkinirlər:
"Fransa, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsa da, insan hüquqlarını kobud şəkildə pozan bir dövlət kimi çıxış edir.
Son illərdə Afrika ölkələrində Fransa hərbi kontingenti, təyin olunmuş şəxslər ölkədən çıxarılır. Xalqlar ayağa qalxır və müstəmləkəçiliyə qarşı mübarizədə uğurlar əldə edirlər. Bu proses digər dənizaşırı ərazilərdə də genişlənir.
Fransa yalnız xaricdə deyil, ölkə daxilində Korsika xalqına qarşı ayrı-seçkilik siyasəti həyata keçirir. Eyni zamanda islamofobiya Fransada və bəzi Avropa ölkələrində geniş yayılıb, bu isə ayrı-seçkiliyin və qərəzli siyasətin göstəricisidir".
O bildirib ki, hər mənada ayrı-seçkiliyə meyilli olan bu dövlətin Cənubi Qafqaz bölgəsində də yalnış mövqeyinə hər zaman şahid olmuşuq:
"İşğalçı olan Ermənistanı dəstəkləmək bu mövqeyin ən bariz nümunəsidir. Beynəlxalq hüququ dağıdan, məhv edən, ayaqlar altına alan Ermənistanın yanında olmaq Fransanın hansı xislətdə olduğunu bir daha göstərir".
Qeyd edək ki, bu gün Bakıda Fransa kolonializminə qarşı konfrans keçirilib.
Əfsanə Kamal
Demokrat.az