Çimərliyə getmək risklidir? — Nazirlikdən AÇIQLAMA

SOSİAL 03 iyun 2025, 13:01
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinq aparır. Lakin mövsüm başlamamış indidən dənizə axın başlayıb. 

 Maraqlıdır, monitorinq nəticələri bilinmədən çimərliklərə üz tutmaq nə dərəcədə doğrudur? Bunun hansı riskləri var? 

 Mövzu ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda monitorinqlər aparılır:

 "Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 2025-ci il yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə  Abşeron yarımadasında, Lənkəran, Astara, Xaçmaz rayonlarının ərazisində yerləşən əhalinin kütləvi istirahət yerləri olan çimərliklərin sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi aparılır. Hazırda aparılan monitorinq nəticələri ilə əlaqədar, çimərliklərin əhali tərəfindən istifadəsinə dair müvafiq qərarlar veriləcək".

 Nazirlikdən monitorinq nəticələri açıqlanmamış dənizə getməmək üçün çağırış edilib:

 "Dəniz suyunun  keyfiyyət və təhlükəsizlik  göstəriciləri  ilə bağlı müvafiq dəqiq məlumatlar olmadığı halda, çimərliklərdə xəstəlik törədiciləri olan mikroblarla, bakteriyalarla, viruslarla, göbələklərlə yoluxma  insanlarda ishal, qusma, qızdırma, konjonktivit, dərinin göbələk və digər təhlükəli yoluxucu xəstəliklərin baş verməsinə səbəb ola bilər.

Dəniz suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri barədə dəqiq məlumat olmadığı halda insanların sağlamlığına təhlükə yarandığı üçün həmin çimərliklərdən istifadə edilməsi tövsiyə olunmur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top