Şabranda "Qaz 53" dirəyə aşdı — Sürücü öldü

HADİSƏ 02 iyun 2025, 10:02
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.

Belə ki, 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top