MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

HƏRBİ 30 may 2025, 12:40
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır", MN-in məlumatında deyilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top