“Araz – 2025” birgə təlimi keçirilir — VİDEO/FOTOLAR

HƏRBİ 18 may 2025, 11:35
Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, “Araz – 2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2025, 13:37
Top