Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – “balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb.
Demokrat.az xəbər verir ki, bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.
Tədbirə xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen gəlib.
Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio da iştirak edirlər.
Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.
***
12:35
Bu gün Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilən Papa XIV Leo üçün Müqəddəs Pyotr Meydanında taxta çıxma mərasimi keçirilir.
Demokrat.az xəbər verir ki, mərasimdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna lideri Volodimir Zelenski, Kanada Baş naziri Mark Karni və İsrail Prezidenti İshak Hersoq da iştirak edir.
Mərasimi canlı olaraq təqdim edirik: